BAKI, 24 noyabr. TELEQRAF
ABŞ-nin Ukrayna üzrə sülh təşəbbüsü 26-28 bənddən ibarətdir və sənədin müxtəlif versiyalarında bu rəqəm dəyişir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Cenevrədə jurnalistlərə açıqlamasında deyib.
Rubionun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi danışıqlara təqdim edilən bu bəndlər üzrə hələ də açıq qalan məsələlərin sayını azaltmaq olub.
O bildirib ki, ABŞ və Ukrayna nümayəndə heyətlərinin bazar günü keçirdiyi danışıqlar nəticəsində bu istiqamətdə əldə olunmuş irəliləyiş xeyli əhəmiyyətlidir. Dövlət katibi qeyd edib ki, hələ görüləsi iş çoxdur, lakin tərəflər bir həftə əvvəlki vəziyyətdən xeyli irəli gediblər.