BAKI, 21 noyabr. TELEQRAF
Hindistanın "Tejas" qırıcı təyyarəsi Dubay Hava Sərgisində nümayiş zamanı qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Hindu" məlumat yayıb.
Bildirilib ki, qəza zamanı pilot ağır şəkildə yaralanıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində “Dubay Aviaşou – 2025” beynəlxalq aviasiya və müdafiə sərgisi keçirilir. Tədbir 17–21 noyabr 2025 tarixlərini əhatə edir və “Dubai World Central” aviasiya kompleksində təşkil olunub. Sərgidə 1 500-dən çox şirkət, o cümlədən dünyanın aparıcı aviasiya və müdafiə sənayesi qurumları iştirak edir.