BAKI, 21 noyabr. TELEQRAF
Regiondakı dəyişikliklər (Cənubi Qafqaz -red.) iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar yaradır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı bildirib.
"Mövcud vəziyyət nəqliyyat sektorundakı potensialın reallaşdırılması isə əlavə imkanlar açacaq",- o qeyd edib.
Qeyd edək ki, görüş zamanı tərəflər geniş əməkdaşlıq perspektivlərini müzakirə ediblər.