BAKI, 21 noyabr. TELEQRAF

Ermənistan ərazisindən keçəcək marşrut Türkiyənin limanlarına birbaşa çıxış imkanı yaradacaq və yüklərin çatdırılma müddətini qısaldacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan iqtisadiyyat naziri Serik Jumanqarin jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən marşrut Astanaya Türkiyə limanlarına birbaşa çıxış təmin edəcək:

"İndi biz Azərbaycan vasitəsilə Gürcüstana, Qara dəniz limanlarına gedirik. Yeni marşrut Naxçıvana, daha sonra isə birbaşa Türkiyəyə, onun dəniz limanlarına çıxış imkanı verəcək".

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan hazırda rəsmi səfərlə Astanadadır.