BAKI, 19 noyabr. TELEQRAF
Litva hökuməti noyabrın 20-dən Belarusiya ilə sərhədi yenidən açmaq barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Litva daxili işlər naziri Vladislav Kondratoviç hökumət iclasında bildirib.
"Sərhəddəki vəziyyətin dəyişməsi bizə onun açılması ilə bağlı qərar qəbul etməyə imkan verir",- o qeyd edib.
Xatırladaq ki, sərhəd-keçid məntəqəsi iki ölkə arasında oktyabrın 29-dan etibarən bağlı idi.