BAKI, 19 noyabr. TELEQRAF

İsrail hərbi aviasiyasının Livanın cənubunda yerləşən Ayn-əl-Hilve fələstinli qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində ən azı 11 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama edib.

Məlumata görə, daha 4 nəfər yaralanaraq xəstəxanaya çatdırılıb.

Bildirilib ki, İsrail təyyarələri düşərgədə yerləşən HƏMAS-a məxsus təlim bazasını hədəf alıb. Obyektin yaxınlığında Xalid ibn Valid məscidi yerləşir. Hərbi təlim mərkəzinə bir neçə raket atıldığı qeyd olunur.