BAKI, 18 noyabr. TELEQRAF
“ABŞ İranla razılaşmaya açıqdır”.
Teleqraf xəbər verir ki, bunu Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüş zamanı ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, İranla razılaşma əldə etmək gözəl olardı: "Biz buna müharibədən əvvəl nail ola bilərdik, amma, alınmadı. Fikrimcə, onlar sözdə başqa bir şey desələr də, razılaşmadan məmnun olarlar".
Məhəmməd bin Salman İranın ABŞ ilə razılaşma əldə etmək istədiyinə inandığını deyib və ölkəsinin bu razılaşma üçün əlindən gələni edəcəyini vurğulayıb.