BAKI, 17 noyabr. TELEQRAF

ABŞ administrasiyası Venesuela prezidenti Nikolas Maduro ilə əlaqəsi olduğu iddia olunan Karakasın mövcudluğunu inkar etdiyi "Cartel de los Soles" qrupunu xarici terror təşkilatları siyahısına daxil etməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilir ki, "Cartel de los Soles" 24 noyabr 2025-ci ildə rəsmi olaraq terror təşkilatları siyahısına salınacaq. Vaşinqtonun iddiasına əsasən, bu kartel Nikolas Maduro və digər yüksək vəzifəli venesuelalı rəsmilər tərəfindən idarə olunur.

Karakas isə dəfələrlə belə bir kartelin mövcudluğunu təkzib edib və ABŞ-nin ittihamlarını siyasi təzyiq aləti kimi qiymətləndirib.