BAKI, 14 noyabr. TELEQRAF
ABŞ Avropada “Antifa” hərəkatı ilə bağlı dörd təşkilatı beynəlxalq terrorçu qruplaşma kimi tanıyıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun açıqlamasında bildirilib.
Rubio bəyan edib ki, Dövlət Departamenti Almaniyada fəaliyyət göstərən “Antifa Ost” təşkilatını, həmçinin İtaliya və Yunanıstandakı daha üç radikal “antifa” qruplaşmasını qlobal terrorçu təşkilatlar siyahısına daxil edib.
Xatırladaq ki, sentyabr ayında ABŞ prezidenti Donald Tramp “Antifa” hərəkatının terror təşkilatı kimi tanınmasını nəzərdə tutan fərmanı imzalamışdı.