BAKI, 13 noyabr. TELEQRAF
ABŞ-nin planlaşdırdığı nüvə sınaqları silahların daşıma vasitələrini də əhatə edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Kanadada G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirdiyi brifinqdə bildirib.
“Prezident Donald Trampın nüvə potensialımızın, o cümlədən daşıma vasitələrinin sınaqlarının bərpasına dair yeni vədi dünyanın digər ölkələrinin atdığı addımlarla eynidir”, - Rubio vurğulayıb.
O əlavə edib ki, ABŞ bu sistemlərin işlək və təhlükəsiz olduğuna əmin olmalıdır. Dövlət katibi həmçinin Pekinin nüvə proqramının inkişaf sürəti ilə bağlı Vaşinqtonun “uzunmüddətli narahatlığını” xatırladıb.