BAKI, 13 noyabr. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio xəbərdarlıq edib ki, Suriyaya xarici yardımın dayandırılması ölkənin tam miqyaslı vətəndaş müharibəsinə və idarəolunmaz bölgəyə çevrilməsinə gətirib çıxara bilər.

Teleqraf xəbər verir ki, o, bu barədə Kanadanın Ontario əyalətində G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə açıqlama verib.

“Biz suriyalılara uğur qazanmaq üçün bütün imkanları təqdim etmək istəyirik. Əks halda, Suriya tam vətəndaş müharibəsinə yuvarlanacaq və idarəolunmaz əraziyə çevriləcək. Bu, tamamilə yeni bir müharibəyə yol aça bilər”, - Rubio bildirib.