BAKI, 10 noyabr. TELEQRAF
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində 71 pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lardan 29-u Bryansk vilayəti üzərində, 7-si Kurskda, 5-i Lipetsk və Smolensk vilayətlərində, 4-ü Oryol, Tver və Samara vilayətlərində, 3-ü isə digər bölgələrdə vurulub.
Bundan əlavə, 7 PUA Qara dəniz üzərində məhv edilib.