BAKI, 1 noyabr. TELEQRAF

Ayasofya məscidini yandırmağa cəhd edən Türkiyə vətəndaşı Məsud G. barəsində istintaq tamamlanıb.

Teleqraf xəbər verir ki, ona qarşı ictimai əmlakı yandırmaqla zərər vurmaq, eləcə də mədəni sərvətlərin mühafizəsi haqqında qanunu pozmaq ittihamları ilə 4 ildən 13 ilədək həbs cəzası tələb edilib.

Qeyd edək, hadisə bu il iyulun 11-də baş verib. Şübhəli şəxs Ayasofya məscidini yandırmağa cəhd edib. Yanğın məscid işçiləri tərəfindən vaxtında söndürülüb.

İstintaq zamanı Məsud G. məscidi yandırmaq istədiyini etiraf edib və peşman olmadığını bildirib.