BAKI, 25 oktyabr. TELEQRAF
"Vasitəçilik etdiyim Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını xatırlatmaq istərdim".
Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp “Air Force One” təyyarəsində Asiyaya gedərkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Demək istədiyim odur ki, bizdə Azərbaycan və Ermənistan nümunəsi var. Bu, çox çətin idi. Əslində, Putin bu barədə mənimlə telefonla danışdı. O dedi: "Allahım, bu, şok idi, çünki hamı onu etməyə çalışırdı, amma edə bilmirdilər". Mən bunu etdim”, - deyə Tramp qeyd edib.
***
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə potensial razılaşmaya etimad qazanacağı təqdirdə görüşün vaxtını dəyişdirməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
ABŞ prezidenti Rusiya lideri ilə mümkün görüşlə bağlı sualı cavablandırarkən deyib: “Biz hansı sövdələşmə bağlayacağımızı başa düşməliyik".
Eyni zamanda, Tramp Ukraynada sülh nizamlanmasının gedişatından məyus olduğunu bildirib və qeyd edib ki, o, “Vladimir Putinlə həmişə çox yaxşı münasibətdə olub”.
Xatırladaq ki, oktyabrın 22-də Tramp Putinlə keçən həftə elan edilmiş Budapeşt görüşünün ləğv olunduğunu açıqlamışdı.