BAKI, 24 oktyabr. TELEQRAF

Şimali Koreya lideri Kim Çen In Rusiya və Şimali Koreya arasındakı münasibətləri şərh edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat Koreya Mərkəzi Teleqraf Agentliyi (CTAK) yayıb.

Kim Çen In xarici hərbi əməliyyatların qəhrəmanlıq muzeyinin tikintisinin açılış mərasimi zamanı bildirib ki, Rusiya-Şimali Koreya dostluğu “tarixin sərt fırtınalarında əbədilik gücünü qazanıb”.

O əlavə edib ki, bu gün iki dövlət arasındakı münasibətlər tarixi zirvəsinə çatıb.

Şimali Koreya lideri vurğulayıb ki, ortaq döyüşlər Rusya və Şimali Koreya münasibətlərini daha da möhkəmləndirib və “hakimiyyət və despotizm” çağırışları Moskva ilə Pxenyan arasındakı əlaqələrin inkişafını dayandıra bilməyəcək.