BAKI, 24 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Kolumbiya və Meksika tamamilə narkokartellərin nəzarəti altına düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Trampın çıxışının videosu Ağ Evin “YouTube” kanalında dərc olunub.
“Onlar öz ölkələrində qorxu içində yaşayırlar, çünki bu dövlətləri kartellər idarə edir”, - Tramp bildirib.
ABŞ Prezidenti vurğulayıb ki, Kolumbiya uzun illərdir narkotik istehsalı və ticarətinin mərkəzinə çevrilib və hazırda ölkədə “zəif lider” hakimiyyətdədir. Onun sözlərinə görə, Meksikada da oxşar vəziyyət hökm sürür.
Tramp eyni zamanda Meksika Prezidenti Klaudiya Şeynbaum haqqında müsbət fikirlər söyləyib və onu “cəsur qadın” adlandırıb.