BAKI, 23 oktyabr. TELEQRAF
Hindistanın dövlətə məxsus neft emalı şirkətləri “Rosneft” və “Lukoil” ilə birbaşa əlaqələri istisna etmək üçün Rusiya nefti ilə ticarətə dair sənədləri yenidən nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məsələyə yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, yoxlamalar ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalardan sonra başlayıb.
Agentliyin məlumatında qeyd olunur ki, “Hindistanın neft emalı şirkətləri Rusiya nefti ilə ticarətə dair sənədləri diqqətlə araşdırır ki, ABŞ sanksiyalarına məruz qalan ‘Rosneft’ və ‘Lukoil’dən birbaşa tədarüklər olmasın.”