BAKI, 20 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İsrail və HƏMAS arasında atəşkəs rejiminin pozulması məsələsini araşdıracaq və lazımi addımlar atacağını bəyan edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Floridadan Vaşinqtona qayıdarkən jurnalistlərə bildirib.

“Biz baş verənləri öyrənəcəyik. HƏMAS-la bağlı məsələnin tamamilə sülh yolu ilə həll olunmasını istəyirik. Bildiyiniz kimi, onlar bəzən aqressiv davranır, atəş açıblar. Ola bilsin ki, bu, HƏMAS rəhbərliyinin deyil, daxildəki narazı qrupların işidir. Hər halda biz bu məsələ ilə ciddi şəkildə məşğul olacağıq”, - o qeyd edib.

ABŞ lideri həmçinin əlavə edib ki, məsələ ilə bağlı növbəti addımlar hazırda nəzərdən keçirilir.