BAKI, 20 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə administrasiyası Qəzza sektorunda atəşkəsin hələ də qüvvədə olduğunu hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Atəşkəs hələ də qüvvədədir”, - Tramp jurnalistlərin sualına cavab olaraq deyib.
Qeyd edək ki, oktyabrın 19-da İsrail ordusu fələstinli radikalların atəşkəsi pozduğunu və cənubdakı Rəfah bölgəsində İsrail hərbçilərinin atəşə tutulduğunu açıqlamışdı.