BAKI, 18 oktyabr. TELEQRAF

ABŞ-də 2023-cü il 7 oktyabrda İsrailə qarşı HƏMAS hücumlarında iştirak etməkdə şübhəli bilinən fələstinli Məhəmməd Əmin Yaqub əl-Muxtadi saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qəzza zolağından olan əl-Muxtadi həmin gün silahlanaraq HƏMAS-a dəstək vermək üçün bir qrupla birlikdə İsrail sərhədini keçib.

ABŞ-nin açıqlamasına əsasən, o, 2024-cü ilin 12 sentyabrında ölkəyə daxil olub, lakin viza sənədlərində öz keçmişi barədə düzgün məlumat verməyib. Xüsusilə, onun Fələstinin Azadlığı üzrə Demokratik Cəbhənin hərbi qanadının üzvü olması barədə məlumat gizlədilib.