BAKI, 17 oktyabr. TELEQRAF
Rusiya hərbçiləri gecə saatlarında dronlara qarşı hava müdafiəsi əməliyyatı apararkən təsadüfən öz hərbi təyyarələrini vurublar.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk "RBC-Ukrayna"ya açıqlamasında bildirib.
"Ukrayna hücumlarını dəf etməyə çalışarkən Rusiya öz təyyarəsini Krım üzərində vurub",- o deyib.
Dmitri Pletençuk həmçinin əlavə edib ki, gecə saatlarında yarımadaya endirilmiş zərbələr nəticəsində Rusiya neft bazasında yanğın baş verib.