BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ Fələstin hərəkatı HƏMAS-a qarşı həyata keçiriləcək hərbi əməliyyatlarda birbaşa iştirak etməyəcək.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
Onun sözlərinə görə, bu məsələdə əsas rolu region ölkələri oynayacaq.
“Kiminsə Fələstin anklavına daxil olacağı aydındır, amma bu, biz olmayacağıq. Orada çox da uzaqda olmayan qüvvələr var və onlar bu məsələnin öhdəsindən asanlıqla gələ bilərlər”, - Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
Eyni zamanda, ABŞ lideri qeyd edib ki, bu cür addımlar Vaşinqtonun “birləşdirici rəhbərliyi” altında həyata keçiriləcək.