BAKI, 16 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İsrail ordusu (İMO) onun əmri ilə Qəzza zolağında hərbi əməliyyatları bərpa edə bilər.

Teleqraf xəbər verir ki, o, bu barədə "CNN"ə müsahibəsində danışıb.

Tramp Fələstinin radikal HƏMAS hərəkatının silahı yerə qoymaması halında vəziyyətin yenidən gərginləşə biləcəyini istisna etməyib.

“İsrail mənim bir sözümü gözləyir. Dediyim anda onlar Qəzzanın küçələrinə qayıdacaq. Əgər İsrail istəsəydi, onları çoxdan yerlə-yeksan edərdi”, -deyə ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, oktyabrın 13-də Tramp Qəzza zolağında müharibənin başa çatdığını elan edib.