BAKI, 13 oktyabr. TELEQRAF

Bu gün təkcə Yaxın Şərq deyil, dünya üçün inanılmaz bir gündür.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Misirdə Yaxın Şərq Sülh Sammitində deyib.

O bildirib ki, bugünkü uğur sammitdə iştirak edən dünya liderlərinin Qəzzada vəziyyəti düzəltmək istəyi ilə bir araya gəldiyi üçün baş verib.

“Bu, illərdən bəri əldə oluna bilməyən ən böyük sazişdir”, - deyə Tramp vurğulayıb.