BAKI, 11 oktyabr. TELEQRAF

Fələstin hərəkatı HƏMAS-ın Siyasi Bürosunun üzvü Basim Naim ABŞ prezidenti Donald Trampa Fələstin–İsrail münaqişəsinin həlli istiqamətindəki səylərinə görə təşəkkür edib.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Naim bəyan edib ki, Trampın şəxsi müdaxiləsi və İsrailə təzyiqləri olmasaydı, hazırkı müharibənin sona çatması mümkün olmazdı.

“Bəli, biz prezident Trampa bu qırğının dayandırılması məqsədilə göstərdiyi şəxsi səylərə və təzyiqlərinə görə təşəkkür edirik”, – deyə HƏMAS rəsmisi bildirib.

Eyni zamanda, Naim ABŞ liderinin sülh planının bəzi bəndləri ilə razı olmadıqlarını da vurğulayıb. Onun sözlərinə görə, HƏMAS-ın əsas sualları Qəzza sektorunda formalaşdırılacaq beynəlxalq hökumətin tərkibi ilə bağlıdır.