BAKI, 11 oktyabr. TELEQRAF
Qəzza zolağında atəşkəs sazişinin icrası planına əsasən, Fələstinin HƏMAS hərəkatı oktyabrın 13-də saat 06:00-a qədər İsrailin bütün sağ girovlarını azad etməlidir.
Teleqraf xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb.
Girovların təhvil verilməsi prosesi Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) koordinasiyası ilə həyata keçiriləcək.
Sənəddə qeyd olunur ki, girovların azad edilməsi bazar günü (12 oktyabr) başlanacaq və 13 oktyabr saat 06:00-a qədər davam edəcək.
Atəşkəs razılaşması həmçinin humanitar yardımın Qəzza zolağına daxil olması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması kimi bəndləri də ehtiva edir.