BAKI, 10 oktyabr. TELEQRAF

İsrail atəşkəsi təsdiqlədikdən sonra Qəzzaya hava hücumlarını dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında dolayı atəşkəs danışıqlarında vasitəçilərdən və ABŞ hökumətindən İsraili anklavı atəşə tutmağı dayandırmağa məcbur etməyi tələb etmişdi.