BAKI, 9 oktyabr. TELEQRAF

Niderlandın paytaxtı Amsterdamda keçirilən Fələstinə dəstək aksiyasında 20-dən çox fəal saxlanılıb.

Teleqraf xəbər verir ki, etiraz aksiyasını "Extinction Rebellion" hərəkatı təşkil edib.

Aksiya yerli vaxtla saat 19:30-da başlayıb və bir qrup etirazçı mərkəzi vağzalda dəmir yolu relslərinə çıxıb. Bu səbəbdən şəhər ətrafında qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Polis aksiyanın gedişindən xəbərdar olduğunu, lakin onun qarşısını ala bilmədiyini açıqlayıb. Saxlanılan fəallar avtobusla polis idarəsinə aparılıblar.