BAKI, 9 oktyabr. TELEQRAF

HƏMAS İsraili Qəzza sektorunda atəşkəs öhdəliklərinə əməl etməyə çağırıb.

Teleqraf xəbər verir ki, müvafiq bəyanat hərəkatın "Telegram" kanalında dərc olunub.

“Biz Prezident Trampdan, sazişin qarant dövlətlərindən, həmçinin ərəb və islam ölkələrindən xahiş edirik ki, İsrail tərəfini saziş üzrə bütün öhdəliklərinə əməl etməyə və bu məsələdə ləngimələrə yol verməməyə məcbur etsinlər”, - bəyanatda deyilir.