BAKI, 7 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında vəziyyətin tənzimlənməsi üzrə aparılan danışıqların çox yaxşı irəlilədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.
“Düşünürəm ki, işlər çox yaxşı gedir. HƏMAS-ın da çox mühüm məsələlərdə razılıq verdiyini görürük”, - Tramp bildirib.
ABŞ lideri həmçinin vurğulayıb ki, tərəflərin razılaşma əldə etmək üçün “çox yüksək şansı” var.