BAKI, 6 oktyabr. TELEQRAF

İsrail ordusunun hücumları nəticəsində son 24 saatda Qəzzada azı 65 fələstinli həyatını itirib, 153 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, münaqişə başlayandan bəri Qəzzada ölənlərin ümumi sayı 67 min 139, yaralananların sayı isə 170 minə çatıb. Bildirilir ki, 460 nəfər aclıqdan ölüb.

Qətərin “Al Jazeera” telekanalının məlumatına əsasən, İsrail ordusu atəşkəslə bağlı danışıqlar və beynəlxalq çağırışlara baxmayaraq, Qəzzaya intensiv hava zərbələrini davam etdirir. Son 48 saatda bölgəyə 130-dan çox aviazərbə endirilibş.