BAKI, 6 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında vəziyyətin tənzimlənməsi ilə bağlı planının ilk mərhələsinin yaxın bir həftə ərzində başa çata biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Tramp qeyd edib ki, hazırda HƏMAS və müxtəlif ölkələrlə girovların azad edilməsi, müharibənin dayandırılması və Yaxın Şərqdə sülhün bərqərar olması ilə bağlı “müsbət və sürətli irəliləyiş” müşahidə olunur.
Onun sözlərinə görə, sentyabrın 6-da Misirdə işçi qrupların görüşü keçiriləcək və burada planın son detalları üzərində iş aparılacaq.
“Birinci mərhələnin bu həftə ərzində həyata keçiriləcəyi barədə məlumat almışam. Hamıdan sürətlə hərəkət etməyi xahiş edirəm, çünki gecikmə böyük qan tökülməsinə gətirib çıxara bilər,” – deyə Tramp vurğulayıb.