BAKI, 3 oktyabr. TELEQRAF

ABŞ administrasiyası hökumətin maliyyələşməsində yaranmış böhran səbəbindən bəzi dövlət qurumlarında işçilərin ixtisar ediləcəyini açıqlamağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, siyahı Ağ Evin İnzibati-büdcə idarəsi tərəfindən hazırlanıb və yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

İxtisarların federal hökumətə bağlı bir sıra qurumları əhatə edəcəyi gözlənilir.