BAKI, 27 sentyabr. TELEQRAF

İsveç hərbi-dəniz bazası yaxınlığında naməlum pilotsuz təyyarələr aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə SVT məlumat yayıb.

Bildirilib ki, iki pilotsuz təyyarə Karlskrona arxipelaqının şərqi üzərində uçub.

"Heç bir əşya ələ keçirilməyib və heç bir şübhəli şəxs yoxdur. Lakin polis pilotsuz uçan aparatların müşahidə edildiyi Danimarka və Norveçdəki son hadisələrlə aydın əlaqə olduğunu görür", - yerli polis bildirib.

Sentyabrın 23-nə keçən gecə Oslo və Kopenhagen hava limanları səmada pilotsuz uçuş aparatları səbəbindən bağlanıb. Norveçdə bir neçə PUA aşkar edilib və təhlükəsizlik səbəbi ilə hava hərəkəti tamamilə bağlanıb. Danimarkada iki ilə dörd arasında "böyük" pilotsuz təyyarələr hava limanı üzərində müşahidə edilib və 11 reys başqa aerodromlara yönləndirilib.