BAKI, 25 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə iki ölkənin münasibətləri və regional məsələlər əsas müzakirə mövzusu olacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Görüş zamanı ticarət, investisiya, müdafiə sənayesi və hərbi anlaşmalar, həmçinin regional münaqişələr və sülh təşəbbüsləri diqqət mərkəzində olacaq.

Görüşdə F-16 və F-35 layihələri, müdafiə sənayesi sahəsində əməkdaşlıq və investisiya imkanları kimi mövzuların müzakirə olunacağı gözlənilir.

Rusiya-Ukrayna münaqişəsi, Qəzza, Azərbaycan-Ermənistan,Türkiyə-Ermənistan münasibətləri və Suriya kimi mövzular da gündəmə gələcək.

***

10:58

Bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə "TRT-Haber" məlumat yayıb.

Bildirilir ki, görüş Bakı vaxtı ilə 19:15-də başlayacaq, daha sonra isə iki lider birgə nahar edəcək.