BAKI, 21 sentyabr. TELEQRAF
Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Krımın cənub sahilinə endirdiyi zərbə nəticəsində 15-ə yaxın şəxs yaralanıb.
Teleqraf xəbər ver ki, bu barədə regionun rəhbəri Sergey Aksyonov özünün Teleqram kanalında məlumat verib.
Onun sözlərinə görə, dron hücumları nəticəsində Foros sanatoriyasının ərazisində bir neçə obyektə, o cümlədən məktəb binasına ziyan dəyib.
Sentyabrın 20-nə keçən gecə Rusiya və Ukrayna bir-birinə kütləvi zərbələr endirib.