BAKI, 15 sentyabr. TELEQRAF
Avropanın Rusiyaya qarşı sanksiyaları kifayət qədər sərt deyil.
Teleqraf xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat korpusu jurnalistləri ilə söhbəti zamanı səsləndirib.
“Onların (avropalıların - red.) tətbiq etdikləri sanksiyalar kifayət qədər sərt deyil. Mən sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar öz sanksiyalarını sərtləşdirməlidirlər ki, bunlar mənim addımlarıma uyğun olsun”, - ABŞ lideri bildirib.