BAKI, 10 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampla görüşü səbirsizliklə gözləyirəm.

Teleqraf xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi bildirib.

Onun sözlərinə görə, Hindistan və ABŞ - yaxın dostlar və təbii müttəfiqlərdir.

“Komandalarımız bu müzakirələri (ticarət danışıqlarını - red.) mümkün qədər tez başa çatdırmaq üçün çalışırlar. Mən həmçinin Prezident Trampla görüşü səbirsizliklə gözləyirəm. Biz xalqlarımız üçün daha parlaq və firavan gələcəyi təmin etmək naminə birlikdə çalışacağıq", - Modi “X” sosial şəbəkəsində yazıb.

Baş nazir iki ölkə arasındakı ticarət danışıqlarının Hindistan-ABŞ tərəfdaşlığının sonsuz potensialını açacağına əminliyini ifadə edib.