BAKI, 23 avqust. TELEQRAF

Rusiyada son beş il ərzində bəzi regionlarda yer çatışmazlığı səbəbindən istintaq təcridxanalarında əlavə yerlərin yaradılmasına ehtiyac var.

Teleqraf xəbər verir ki, bu barədə hökumətin hüquqi məlumat portalında dərc edilmiş qərarında bildirilir.

Sənəddə qeyd olunur ki, ölkə üzrə 11,23 min yerlik 11 yeni istintaq təcridxanası, 3,42 min yerlik 14 rejim korpusu tikilməli, dörd rejim korpusunda yenidənqurma işləri aparılmalı, həmçinin istintaq təcridxanalarında 118 köməkçi təyinatlı obyekt inşa edilməli və yenilənməlidir.