BAKI, 17 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də səfərdədir.

Teleqraf xəbər verir ki, o, bu barədə X platformasında məlumat yayıb.

Ukrayna lideri artıq Vaşinqtonda olduğunu, bu gün ABŞ Prezidenti Donald Trampla görüşəcəyini yazıb.

***

17.08.25

21:57

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ rəhbəri Donald Trampla görüşmək üçün Vaşinqtona uçub.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı ölkə Ali Radasının deputatı Yaroslav Jeleznyak yayıb.

Böyük Britaniyadan ABŞ-yə uçuş təxminən yeddi saat çəkəcək.