BAKI, 16 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada görüşü normal keçdiyi üçün hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirməyə ehtiyac görmür.

Teleqraf xəbər verir ki, D.Tramp “Fox News” telekanalına müsahibəsində Rusiya üçün mümkün nəticələrlə bağlı sualı cavablandırarkən belə deyib:

"Məncə, görüş çox yaxşı keçdi"- amerikalı lider bildirib.

Eyni zamanda o, gələcəkdə sanksiyalar məsələsinin yenidən gündəmə gələ biləcəyini istisna etməyib: "Ola bilər ki, bu barədə iki və ya üç həftədən sonra düşünməli olacam, amma indi bu barədə düşünməyə ehtiyac yoxdur".