BAKI, 14 avqust. TELEQRAF

15 avqustda Ankoricdə keçiriləcək sammitdən az sonra Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirmək olar.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"Sabahkı görüşdə əsas məqsədim növbəti görüşə zəmin yaratmaqdır. Belə bir görüş tezliklə keçirilə bilər. İstərdim ki, üçtərəfli görüş çox tez baş tutsun və Alyaskada keçirilsin", - Tramp Ağ Evdə jurnalistlərə deyib.