BAKI, 12 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp gələcəkdə Rusiyaya səfər edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün ənənəvi brifinqdə bildirib.

“Gələcəkdə Rusiyaya səfər etməklə bağlı planlar ola bilər”, - o söyləyib.

Eyni zamanda Livitt qeyd edib ki, Rusiya lideri Vladimir Putin ilə Tramp arasında gözlənilən görüşdə Ukrayna münaqişəsinin yalnız bir tərəfi təmsil olunacaq.