BAKI, 12 avqust. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

Rusiya Prezidenti Koreya liderini qarşıdan gələn 15 avqust Milli Müstəqillik Günü – Koreyanın Yaponiya müstəmləkəçiliyindən azad edilməsinin 80-ci ildönümü münasibətilə təbrik edib.

Tərəflər 2024-cü il iyunun 19-da Pxenyanda bağlanmış Rusiya və KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləyə uyğun olaraq bütün sahələrdə dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına sadiq olduqlarını təsdiqləyiblər.

Putin Kursk vilayətinin azad edilməsində Koreya əsgərlərinin göstərdiyi şücaəti yüksək qiymətləndirib.

Rusiya Prezidenti həmçinin Kim Çen Inı ABŞ Prezidenti Donald Trampla gözlənilən danışıqlarla bağlı məlumatlandırıb.