BAKI, 12 avqust. TELEQRAF

Avqustun 15-də Alyaskanın Ankoric şəhəri üzərində hava məkanı bağlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) məlumat yayıb.

Bildirilir ki, orada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin görüşəcək.

Bu məhdudiyyət avqustun 16-dək davam edəcək.

Qeyd edək ki, görüşdə Rusiya ilə Ukrayna arasındakı münaqişə müzakirə olunacaq.