BAKI, 9 avqust. TELEQRAF
Küçə cinayətlərinin artması səbəbindən Vaşinqton dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrilib.
Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkə hesabında belə yazıb.
Amerika lideri ABŞ paytaxtının hazırda təhlükəli olduğunu bildirsə də, yaxın vaxtda vəziyyəti düzəldəcəyini vəd edib.
O qeyd edib ki, avqustun 11-də Ağ Ev Vaşinqtonda zorakı cinayətlərə son qoyacaq mətbuat konfransı keçirəcək.
D.Trampın bu açıqlamasına səbəb son zamanlar bir qrup yeniyetmənin milyarder İlon Maskın keçmiş köməkçisi, eyni zamanda "Big Balls" ləqəbi ilə tanınan 19 yaşlı sahibkar Edvard Koristinə qarşı vəhşicəsinə hücumu ilə bağlı insident olub.
"Bloomberg" də yazıb ki, Tramp Vaşinqtonda cinayətə qarşı tammiqyaslı mübarizəyə başlayıb.