BAKI, 6 avqust. TELEQRAF
ABŞ senatoru Adam Şiff (demokrat, Kaliforniya) ipoteka fırıldaqlarında şübhəli bilinir.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Senatora qarşı Merilend ştatının Baş Prokurorluğu qanunvericiliyə qarşı cinayət işi açıb.
Federal Mənzil Maliyyəsi Agentliyi hesab edir ki, A.Şiff daha sərfəli kredit şərtləri əldə etmək üçün dəfələrlə saxta bank sənədləri və əmlak məlumatları təqdim edib. Vəziyyətdən asılı olaraq o, əsas ünvan kimi gah Merilend, gah da Kaliforniyadakı evini göstərib.