BAKI, 2 avqust. TELEQRAF

Hindistanın Baş naziri Narendra Modi yerli istehsal raketlərini nəzərdə tutaraq “Pakistan bir daha yanlış addım atarsa, "Brahmos" raketləri terrorçuları məhv edəcək” deyib.

Teleqraf "Hindustan Times"a istinadən xəbər verir ki, Modi Uttar Pradeş ştatının Varanasi şəhərində keçirilən mitinqdə çıxışı zamanı ölkənin müdafiə imkanlarından danışıb.

O, “Sindoor əməliyyatı” zamanı dünyanın Hindistanın yerli istehsalı olan silahlarının gücünə, hava hücumundan müdafiə sistemlərinin effektivliyinə və pilotsuz uçuş aparatlarının uğurlarına şahid olduğunu iddia edib.

Modi "Brahmos" raketinin "düşmənlərdə qorxu yaratdığını" bildirib.