BAKI, 1 avqust. TELEQRAF

Türkiyənin Elazığ bölgəsində daş kömür mədənində uçqun baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd edilir ki, çökmə nəticəsində bir fəhlə dağıntılar altında qalıb.

Hadisə yerinə fövqəladə hallar, səhiyyə qurumlarının əməkdaşları və jandarma cəlb olunub.