BAKI, 28 iyul. TELEQRAF

Ukraynadakı münaqişənin həlli ilə bağlı aparılan danışıqlar artıq mənim üçün maraqlı deyil.

Teleqraf xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüş imkanından danışarkən səsləndirib.

Donald Tramp bildirib ki, artıq Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara maraq göstərmir.

ABŞ lideri qeyd edib ki, əvvəllər Rusiya rəhbərliyinin bu münaqişəyə tez bir zamanda son qoymaq istəyəcəyini düşünürdü: "Doğrudan da, bunun bitəcəyini zənn edirdim".